Dörd instituta yeni direktor seçildi
Seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunub.
Bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, bölmənin bürosu və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülür.
Əvvəlcə direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc olunur, bir ay müddətində sənədlər qəbul edilir. Daha sonra bölmədə gizli səsvermə yolu ilə seçkilər aparılır. Seçilən namizədlər AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


