Nazir Salyandakı doğuş faciəsini nəzarətə götürdü
O qeyd edib ki, hazırda körpənin vəziyyəti stabil-ağırdır.
“Körpədə stabilləşmə gedir. Artıq suni havalandırma aparatından ayrılıb. SİPAP rejiminə keçirilib. Körpənin sağ qalması üçün əlimizdən gələni edirik. Körpə eyni zamanda Səhiyyə Nazirliyinin rəhbərinin nəzarəti altındadır”.
Qeyd edək ki, iyunun 20-də Salyan şəhər sakini, 1995-ci il təvəllüdlü Abdullayeva Mirzabitə İlham qızı Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində üçəm dünyaya gətirib. Bir müddət sonra uşaqlardan ikisi ölüb. Körpələrin xəstəxanada işığın sönməsi nəticəsində öldüyü bildirilir.
Aytən Zəhra
AzVision.az