Prezidentlərin yeni görüşü ilə bağlı açıqlama

Prezidentlərin yeni görüşü ilə bağlı açıqlama
  24 İyun 2016    Oxunub:2157
“Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş müsbət məqamları inkişaf etdirmək üçün prezidentlər arasında növbəti görüşün təşkil olunması imkanlarını araşdırırıq”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, bununla bağlı hələlik konkret plan olmasa da, həmsədrlər tərəflərlə birlikdə yaxın gələcəkdə bunu həyata keçirəcəklər:

"Hərtərəfli sülh sazişin elementləri, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində stabilliyi genişləndirəcək tədbirlər istiqamətində irəliləyişin əldə olunmasını davam etdirmək tərəflər üçün çox vacibdir".

AzVision.az


Teqlər:





Xəbər lenti