Nazir deputatın oğluna yüksək vəzifə verdi

Nazir deputatın oğluna yüksək vəzifə verdi
  24 İyun 2016    Oxunub:11304
Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

AzVision.az xatırladır ki, polkovnik-leytenant Elşad Məmmədov buna qədər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti