Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb
  25 İyun 2016    Oxunub:1983
Ölkədə müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, ölkədə hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyunun 24-də axşam, 25-də bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Şahbuz, Naxçıvan, Şərur, Gədəbəy, Ağstafa, Astara, Kəlvəz, Daşkəsən, Tovuzda (1.0-12.0 mm), Xınalıq, Qusarçay-Kuzunda leysan xarakterli olub (15.0 mm).

İyunun 24-də saat 16:10-16:25 radələrində Qusarçay-Kuzunda diametri 12 mm olan dolu düşüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti