Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölür

Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölür
  27 İyun 2016    Oxunub:8056
Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yer tutur.
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, qan dövranı xəstəliklərindən insanların dünyasını dəyişməsi halları ötən illərlə müqayisədə nisbətən azalıb.

2015-ci ildə əhalinin hər 100000 nəfərinə 344.5-i qan dövranı xəstəliklərindən vəfat edib. 2014-cü ildə bu rəqəm əhalinin hər 100000 nəfərinə 353.6, 2013-cü ildə əhalinin hər 100000 nəfərinə 369.8 olub.

İnsanların ölümünə səbəb olan digər xəstəliklər arasında yenitörəmələr, həzm sistemi xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin yaranan xəstəliklər üstünlük təşkil edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti