1621 müəllimdən yalnız 243-ü imtahandan keçə bildi

1621 müəllimdən yalnız 243-ü imtahandan keçə bildi
  29 İyun 2016    Oxunub:2983
Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciət edən şəxslərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621 nəfəri imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçib.

Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si müsahibədə iştirak edib. Onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb.

Müsahibə mərhələsinin nəticələri hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  






Xəbər lenti