`Siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik`
“Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən gec 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik”.
O, əlavə edib ki, seçkilər zamanı Seçki Məcəlləsinə, qanunvericiliyə əməl edilir:
“Biz bunu etməklə seçkidən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd edənlərə əsas vermirik. Kimlərəsə seçkidən öz maraqları üçün istifadə etməyə yol verilməməlidir. Azərbaycanda seçkilər tam şəffaf və ədalətli keçirilir. Ümumiyyətlə seçkilər zamanı həmrəylik nümayiş olunmalıdır”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


