Kerridən İlham Əliyevə zəng: Qarabağı müzakirə etdilər

Kerridən İlham Əliyevə zəng: Qarabağı müzakirə etdilər
  01 İyul 2016    Oxunub:2716
İyunun 30-da Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub, qeyd edilib ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri və dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivlərini də müzakirə ediblər.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:  






Xəbər lenti