Ermənistanın dövlət sistemi iflic olub - KİV

Ermənistanın dövlət sistemi iflic olub - KİV
  16 Sentyabr 2016    Oxunub:3164
Ermənistanın bütün dövlət sistemi iflic vəziyyətinə düşüb.

AzVision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb. Qeyd olunub ki, nazirliklərin gündəlik fəaliyyəti ilə bağlı rəsmi saytlarda və rəsmi qəzetlərdə heç bir məlumat verilmir: “Dövlət məmurları “vaxt öldürmək”lə məşğuldur”.

Nəşrdə bildirilib ki, sentyabrın 8-də Ermənistanda hökumət buraxıldıqdan sonra nazirliklərin çoxunda həyat dayanıb. Məmurlar heç bir işlə məşğul olmurlar.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan və hökumət üzvləri istefa verib.

AzVision.az


Teqlər:





Xəbər lenti