`Özümü prezident olaraq görmürəm` – Nazarbayevin qızı

`Özümü prezident olaraq görmürəm` – Nazarbayevin qızı
  16 Sentyabr 2016    Oxunub:1862
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva özünü prezident kimi görmür.
Bu barədə AzVision.az “İtar Tass”-a istinadən xəbər verir.

“Mən özümü bizim prezidentin komandasının üzvü, öz vətəninə düzgün və sədaqətlə xidmət edən insan kimi görürəm”, - deyə Dariq bildirib.

Qeyd edək ki, bu gün Qazaxıstan senatında keçirilən səsvermə zamanı Dariqa Nazarbayeva Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti