Bişkek görüşü: Prezidentlər Rusiyanı seçdilər (FOTO+VİDEO)

Bişkek görüşü: Prezidentlər Rusiyanı seçdilər (FOTO+VİDEO)
  16 Sentyabr 2016    Oxunub:6431
Bişkek görüşündə Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, MDB Dövlət Başçıları Şurasının budəfəki iclasında siyasi sahədə qarşılıqlı fəaliyyət, humanitar əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi sahələrində bir çox sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub.

İştirakçı ölkələrin təmsilçiləri Müstəqil Dövlətlər Birliyinin 25 illiyi ilə bağlı dövlət başçılarının bəyanatını təsdiqləyərək Birliyin müasir reallıqlara uyğunlaşdırılması məsələlərini qurumun nizamnamə və sahəvi orqanlarının fəaliyyətinin səmərəsinin artırılması kontekstində müzakirə ediblər.

Dövlət Başçıları Şurasının iclasında humanitar sahədə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi çərçivəsində Müstəqil Dövlətlər Birliyində 2017-ci ilin “Ailə ili”, 2018-ci ilin “Mədəniyyət ili” elan edilməsi, 2017-ci ildə Azərbaycan Respublikasında “Birliyin mədəni paytaxtları” dövlətlərarası proqramının həyata keçirilməsi haqqında qərarların layihələrinə baxılıb. Bundan əlavə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə MDB ölkələrində 2020-ci ildə əhalinin siyahıyaalma raundunun keçirilməsi və regionlararası əməkdaşlığın inkişafı məsələlərinə baxılması da müzakirə mövzusu olub.

Dövlət başçıları qərara gəliblər ki, Dövlət Başçıları Şurasının növbəti iclası 2017-ci ildə Rusiya Federasiyasında keçirilsin.

Sonra sənədlərin imzalanması mərasimi olub.

***

Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başlayıb.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sammitdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova, Tacikistan prezidentləri, Moldovanın baş naziri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Özbəkistan xarici işlər naziri və Ukraynanın Qırğız Respublikasındakı səfiri iştirak edir.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər. Sonra Prezident Almazbek Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Prezident Almazbek Atambayev dövlət və hökumət başçılarını salamladı, iclasda iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirib, həmçinin MDB-nin 25 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib. Sonra iclas işini geniş tərkibdə davam etdirib.

***

Rusiya prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının 25 illik yubiley sammitində iştirak etmək üçün bu ölkəyə səfər edib.

AzVision.az qırğız KİV-nə istinadən xəbər verir ki, Prezident İlham Əliyev "Manas" hava limanında baş nazir Sooronbay Jeenbekov qarşılayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin gecikməsi ilə əlaqədar Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının 25 illik yubiley sammiti planlaşdırılan vaxtdan iki saat gec başlayacaq.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti