`Fərat qalxanı` əməliyyatının 3-cü mərhələsi başladı

`Fərat qalxanı` əməliyyatının 3-cü mərhələsi başladı
  16 Sentyabr 2016    Oxunub:1278
Türkiyə “Fərat qalxanı” əməliyyatının üçüncü mərhələsinə başlayıb.
AzVision.az "Vatan" qəzetinin verdiyi məlumata görə, əməliyyatların əsas məqsədi strateji mövqedə yerləşən Əl-Bab şəhərinin İŞİD terrorçularından azad edilməsidir. Əməliyyata Azad Suriya Ordusunun 2 min 500 döyüşçüsü və 200 türk hərbçisi qatılıb.

Hazırda Türkiyə qırıcı təyyarələri və artilleriyası İŞİD mövqelərini bombalayır, müxalif Azad Suriya Ordusu və Türkiyə ordusunun zirehli birlikləri Çobanbəydən 10 km uzaqlıqda olan Əl-Baba doğru irəliləyir.

Qeyd edək ki, Əl-Babın alınması Suriyada PKK terror təşkilatının qolu olan PYD-nin kürd zolağı yaratmaq arzusunun ürəyində qoyacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti