`Rusiya Krımı zəbt etməyib` - Putin cavab verdi

`Rusiya Krımı zəbt etməyib` - Putin cavab verdi
  17 Sentyabr 2016    Oxunub:2327
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Krımın Rusiyaya birləşdirilməsinin yeganə səbəbi Ukrayna hökümətinin apardığı siyasətdir.
TASS xəbər verir ki, Rusiya dövlət başçısı MDB ölkələrinin sammitində çıxışı zamanı deyib: “Krımda baş verənlər Ukraynanın müəyyən siyasi qüvvələrinin qanunsuz hərəkətlərinin nəticəsidir”.

Vladimir Putin Rusiyanın Krımı zəbt etmədiyini və yarımada əhalisinin öz müqəddəratını referendum vasitəsilə həll etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko sammitdə çıxışı zamanı Rusiyanı Krımı işğal etməkdə ittiham edib.

AzVision.az




Teqlər:





Xəbər lenti