Bayram namazı qılınıb

  09 Avqust 2013    Oxunub : 579
Bayram namazı qılınıb
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə məscidlərdə bayram namazı qılınıb
Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər əksər məscidlərdə, o cümlədən Təzə Pir Məscidində bayram namazı qılınıb.

Trend-in məlumatına görə, yeni Ay Azərbaycan ərazisində dünən müşahidə olunmadığından bayram namazı bu gün səhər qılınıb.

Qeyd edək ki, dünyanın bəzi müsəlman ölkələrində Ramazan bayramı ilə bağlı bayram namazı avqustun 8-də qılınıb.

Teqlər: