`Bu vəzifədən imtina edəcəyəm` - Ermənistanın müdafiə naziri

`Bu vəzifədən imtina edəcəyəm` - Ermənistanın müdafiə naziri
  17 Sentyabr 2016    Oxunub:1939
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən imtina edəcək.
AzVision.az xəbər verir ki, bunu Ohanyan news.am-a açıqlamasında deyib.

“KTMT baş katibi vəzifəsinə təyinatımla bağlı təklif olmayıb. Bu gün müdafiə nazirinin vəzifələrini icra edirəm və hər hansı beynəlxalq strukturda işləməyə hazırlaşmıram. Əgər belə bir təklif olarsa, birmənalı şəkildə imtina edəcəyəm”, -deyə Ohanyan vurğulayıb.

O, açıqlamasında bunun səbəbini açıqlamayıb.

“Hökumətdə dəyişikliyin baş verməsi sizə təsir edəcəkmi?” sualına Ohanyanın cavabı belə olub: “Hökumətin tərkibində dəyişikliyin baş verməsi hər kəsə təsir edəcək. Bilirik ki, bu prosedurlar siyasi güclər tərəfindən həyata keçirilir”.

O, daha sonra 2017-18 ci illərdə nazir vəzifəsində (prezident və parlament seçkilərindən sonra) işləyib-işləməyəcəyi haqda suala cavab verb: “Höküməti formalaşdıran şəxsdən soruşun”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti