İŞİD-in seks köləsi səfir seçildi

İŞİD-in seks köləsi səfir seçildi
  17 Sentyabr 2016    Oxunub:10907
Üç ay İŞİD-in seks köləsi olan 21 yaşlı yezidi kürd Nadiya Murad Basi Taha BMT-nin xoşməramlı səfiri seçilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, əsir götürülən şəxsin səfir təyin edilməsi nadir hallarda rast gəlinən hadisədir.

Qeyd edək ki, Nadiya üç aydan sonra əsirlikdən qaçmağa müvəffəq olub. Hal-hazırda o, Almaniyada yaşayır. Radikallar onun İraqda yaşayan qardaşlarını öldürüb.

Xatırladaq ki, 2014-cü ilin yayında İŞİD yaraqlıları beş min yezidi kişi və qadını əsir götürüb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti