Əliyev Atambayevə təbriklərini çatdırdı

Əliyev Atambayevə təbriklərini çatdırdı
  17 Sentyabr 2016    Oxunub:2092
Azərbaycan prezidenti İlham Əliyev ad günü münasibəti ilə qırğız həmkarı Almazbek Atambayevi təbrik edib.
Bu barədə AzVision.az qırğız KİV-nə istinadən xəbər verir.

İlham Əliyev 60 illik yubileyi münasibətilə Atambayevi ürəkdən təbrik edib: “Bu gün qardaş Qırğızıstan sizin rəhbərliyiniz altında inamla dövlətçiliyin möhkəmləndirilməsi və sosial-iqtisadi inkişaf yolu ilə gedir. Sizin Azərbaycan və Qırğızıstan arasında səmimi və çoxəsrlik əlaqələrin genişlənməsinə verdiyiniz töhfə olduqca əhəmiyyətlidir. Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə və inkişafına yönələcək”.

Azərbaycan prezidenti, həmçinin Almazbek Atambayevə can sağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar arzulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti