Oqtay Əsədov həmkarları ilə görüşüb

Oqtay Əsədov həmkarları ilə görüşüb
  17 Sentyabr 2016    Oxunub:1550
Sentyabrın 16-da Strasburqda Milli Məclisin Sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çex Respublikası parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.
Milli Məclisdən AzVision.az-a verilən məlumata görə, görüşlərdə ölkələrimiz arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti