Ermənistanda hərbçilər qəzaya düşdü: 2 ölü, 2 yaralı (Fotolar)

Ermənistanda hərbçilər qəzaya düşdü: 2 ölü, 2 yaralı (Fotolar)
  17 Sentyabr 2016    Oxunub:3025
Ermənistanın Lori vilayətində Vanadzor-Spikat yolunda rus hərbçilər ağır yol qəzasına düşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində zərərçəkənlərə yardım etmək məqsədilə xüsusi texnikadan istifadə olunub.

Hadisə bu gün səhər saatlarında baş verib. “Volkswagen Golf” markalı avtomobil yolun hərəkət istiqamətindən çıxıb. Hadisə yerinə gələn xilasedicilər avtomobilin salonunda olan K.R-a və sürücünü maşından çıxarıblar.

Həkimlər onların vəziyyətinin ağır olduğunu bildirib.

Yol qəzası zamanı 27 yaşlı Rusiya vətəndaşı V.E və şəxsiyyəti hələki müyyənləşdirilməyən şəxs həlak olub.





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti