Yeni aeroport Ginnesin rekordlar kitabına düşdü

Yeni aeroport Ginnesin rekordlar kitabına düşdü
  17 Sentyabr 2016    Oxunub:2304
Türkmənistanın paytaxtı Aşqabadda layihə dəyəri 2 milyard dollardan çox olan beynəlxalq aeroport istifadəyə verilib.
AzVision.az xəbər verir ki, aeroportun açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov iştirak edib. Dövlət başçısı bildirib ki, ən son aeronaviqasiya texnikası və texnologiyası ilə təchiz olunmuş yeni hava limanı qitədaxili və qitələrarası ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

Üç terminaldan ibarət aeroport saatda 2 min sərnişinə xidmət edəcək. Bütün növdə və hər cür yük tutumu olan təyyarələri qəbul edə biləcək iki qalxma-enmə zolağının uzunluğu 3800 metrdir. Aeroport kompleksinin ümumi sahəsi isə 1200 hektardır.

Açılış mərasimində yeni aeroporta dünyada ən böyük xalça ornamentinin memari təsvirinə görə “Ginnesin rekordlar kitabı”nın sertifikatı təqdim edilib. Əsas sərnişin terminalının damında yerləşən ornamentin sahəsi 705 kvadratmetrdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti