Rusiya Ukraynaya nota verdi

Rusiya Ukraynaya nota verdi
  17 Sentyabr 2016    Oxunub:1933
Rusiyanın Kiyevdəki səfirliyi naməlum şəxslər tərəfindən hücuma məruz qalması ilə bağlı səfirlik Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası verib.
AzVision.az-ın “RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, notada sentyabrın 17-də gecə Rusiyanın Kiyevdəki səfirliyinə hücumla bağlı araşdırma aparılması və diplomatik missiyanın təhlükəsizliyinin təmin olunması tələb olunur.

Qeyd edək ki, Kiyevdə 20-dək naməlum şəxs gecə saat bir radələrində diplomatik missiyanı fişənglərdən atəşə tutub, sonra isə hadisə yerindən qaçıblar. Hadisə nəticəsində zərərçəkən olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti