Prezident Baş prokurorluqda dindiriləcək

Prezident Baş prokurorluqda dindiriləcək
  17 Sentyabr 2016    Oxunub:2175
Ukrayna prezidenti Petro Poroşenko 2013-2014-cü illərdə baş verən Maydan hadisələrinə görə Baş prokurorluğa çağırılıb.
AzVision.az-ın "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Yuri Lutsenko bildirib.

Onun sözlərinə görə, Petro Poroşenko Maydan hadisələri ilə bağlı ifadə verəcək: “Ölkə başçısı ezamiyyətdən qayıtdıqdan sonra müstəntiqlərə görüşəcək”.

Qeyd edək ki, sentyabrın 18-dən 21-dək Ukrayna prezidenti BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti