Parisdə terror təhlükəsi - Xəbərdarlıq edildi

Parisdə terror təhlükəsi - Xəbərdarlıq edildi
  17 Sentyabr 2016    Oxunub:2724
Fransanın paytaxtı Parisin mərkəzində terror aktı təhlükəsi barədə xəbərdarlıq elan olunub.
“RİA Novosti” xəbər verir ki, bu barədə rəsmi məlumat yayılıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub, ərazi mühasirəyə alınıb. Lakin aparılmış yoxlama zamanı elan edilmiş təhlükə öz təsdiqini tapmayıb.

“Polis əməliyyatı başa çatıb, heç bir təhlükə yoxdur”, - deyə polisin yeni məlumatında bildirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti