Abramyanın qaçma səbəbi: Toydan sonra nələr olacaq?

Abramyanın qaçma səbəbi: Toydan sonra nələr olacaq?
  18 Sentyabr 2016    Oxunub:3132
Ermənistanın yeni baş naziri Karen Karapetyan gələn həftə hökuməti formalaşdırmağa başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Aykakan jamanak" qəzeti məlumat yayıb.

“Karapetyan hökuməti bu həftə formalaşdıra bilərdi. Ancaq qeyri-rəsmi tədbir bu prosesə əngəl oldu", - deyə nəşr qeyd edib.

Qəzet ölkənin keçmiş baş naziri Ovik Abramyanın istefasından sonar Dubaya qaçmasını belə şərh edib: “Bu gedişin səbəblərindən biri də Abramyanın Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın oğlunun toyunda iştirak etmək istəməməyidir. Toyda hökumət elitasının demək olar ki, bütün nümayəndələri iştirak edəcək. Abramyan orada heç bir təsir qüvvəsi olmayan sabiq baş nazir kimi iştirak etməmək qərarına gəlib”.

Qəzetin məlumatına əsasən yeni hökumətin formalaşdırılmasına Beqlaryanın oğlunun toyundan sonra başlanılacaq: “Çox güman ki, nazirlər yenidən təyinat almayacaq. Buna görə də onların toyda qəmli əhval-ruhiyyədə olmaması üçün təyinatlar gələn həftədən başlayacaq. Beqlaryanın özü də nazir statusunu itirəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti