Putinin qələbə çıxışı: `Biz qalib gəldik`

Putinin qələbə çıxışı: `Biz qalib gəldik`
  19 Sentyabr 2016    Oxunub:2908
Rusiya Prezidenti Vladimir Putin və Rusiya hökumətinin sədri Dmitri Medvedev Dövlət Dumasına seçkilərdə “Yedinaya Rossiya” Partiyasının qələbə qazandığını elan ediblər.
Səsvermənin ilkin nəticələri elan olunduqdan sonra V.Putin və D.Medvedev “Yedinaya Rossiya” Partiyasının mənzil qərargahına gəliblər.

D.Medvedev qeyd edib ki, səsvermədə iştirak edən seçicilərin əksəriyyəti “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “Əminliklə demək olar ki, biz qalib gəlmişik”.

Prezident Putin çıxışında bildirib ki, “Yedinaya Rossiya” Partiyası çox yaxşı nəticələr nümayiş etdirib. Putinin sözlərinə görə, hazırda ölkədə vəziyyət çətin də olsa, insanlar “Yedinaya Rossiya” Partiyasına səs verib. O deyib: “İnsanlar siyasi sistemin sabit olmasını istəyirlər. Onlar ölkədə, siyasi sahədə, parlamentdə vəziyyətin etibarlı olmasını istəyirlər. İnsanlar görürlər ki, “Yedinaya Rossiya” Partiyasının nümayəndələri onlar üçün canla-başla çalışırlar”.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, parlamentdə təmsil olunan digər partiyalarla da “təmas nöqtələri” tapmaq, cəmiyyətin əksər hissəsini razı salacaq qərarlar qəbul etmək lazımdır. (Azərtac)

AzVision.az



Teqlər:  





Xəbər lenti