Martirosyan oğluna azərbaycanlı adı qoydu

Martirosyan oğluna azərbaycanlı adı qoydu
  19 Sentyabr 2016    Oxunub:19158
Ötən il Azərbaycana sığınan, daha sonra üçüncü ölkəyə - Ukraynaya köçən Martirosyanlar ailəsinin yeni körpəsi dünyaya gəlib.
AzVision.az məlumat verir ki, Vaan Martirosyan sosial şəbəkədə oğlunun fotosunu paylaşıb.

Martirosyan valideynləri İrəvanlı olan və Ukraynada doğulan uşağın “bünövrəsinin” Bakıda qoyulduğunu və oğluna Emil adını verdiyini yazıb.

Qeyd edək ki, Vahan Martirosyan ailəsi ilə birlikdə 2015-ci ilin sentyabr ayında Azərbaycana sığınıb. Bu ilin yazında isə üçüncü ölkəyə göndərilib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti