Putinin partiyası seçkiləri uddu

Putinin partiyası seçkiləri uddu
  19 Sentyabr 2016    Oxunub:3008
Rusiyada parlament seçkilərində bülletenlərin 80 faizi hesablanıb.

AzVision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Nəticələrə əsasən “Vahid Rusiya” 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, “Ədalətli Rusiya” Partiyası isə 6,17% səs toplayıb.

Digər 10 siyasi partiya 5%-lik minimum həddi aşa bilməyib. “Rusiya Kommunistləri” 2,40%, “Yabloko” 1, 77 %, Təqaüdçü və ədalət naminə partiya 1,75%, “Vətən” partiyası isə 1, 42 % toplayıb.

Qed edək ki, “Vahid Rusiya” partiyası 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti