Prezident anası ilə birgə `Ləzginka` oynadı - Video

Prezident anası ilə birgə `Ləzginka` oynadı - Video
  19 Sentyabr 2016    Oxunub:37616
Çeçenistan prezidenti səlahiyyətlərini icra edən Ramzan Kadırov doğma Çentroy kəndində səs verdikdən sonra Ləzginka rəqsini oynayıb.
AzVision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kadırov anası Aymani Mesieva ilə birgə rəqs edib.

Sakinlər və jurnalistlər Kadırovu alqışlayıb və ona dəstək nümayiş etdiriblər.



Qeyd edək ki, Ramzan Kadırov Respublikanın rəhbərliyi uğrunda keçirilən seçkilərdə liderdir. İlkin nəticələrə əsasən Kadırov 97,06 faiz səs toplayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti