Türkiyədə İŞİD əməliyyatı - Azərbaycanlılar tutuldu

Türkiyədə İŞİD əməliyyatı - Azərbaycanlılar tutuldu
  19 Sentyabr 2016    Oxunub:4775
İstanbulda İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar həbs edilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 40 nəfər xarici ölkə vətəndaşı tutulub.

Onların Azərbaycan, İran, İraq və Əfqanıstan vətəndaşları olduğu bildirilir.

Tutulanlardan 10 nəfərin bir neçə dəfə Suriyada müharibə bölgəsinə getdiyi məlum olub.

Əməliyyat zamanı tutulan azərbaycanlıların kimliyi açıqlanmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti