ABŞ-da daha bir partlayış

ABŞ-da daha bir partlayış
  19 Sentyabr 2016    Oxunub:1472
Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında Elizabet dəmiryolu stansiyası rayonunda partlayış baş verib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki stansiyada olan zibil qutusunda əldəqayırma partlayıcının olduğu bağlama aşkar edilib.

Polis stansiyada olan insanları təxliyə edib və hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisə yerinə gətirilən robot qurğunu zərərsizləşdirən zaman partlayış baş verib. Zərər çəkənlər barədə məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 17-də axşam saatlarında Nyu-Yorkun Manhetten rayonunda baş verən partlayış nəticəsində azı 29 nəfər yaralanıb. Elə həmin gün Nyu-Cersi ştatında daha bir partlayış qeydə alınıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti