Rusiyada üç azərbaycanlı güllələnib

Rusiyada üç azərbaycanlı güllələnib
  19 Sentyabr 2016    Oxunub:8504
Rusiyada Leninqrad vilayətinin Qatçina şəhərində üç azərbaycanlı güllələnib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün 18 senatyabr tarixində şəhərin barların birində baş verib.

Mübahisə zəminində naməlum şəxs masada əyləşən qafqazlılara atəş açıb. Nəticədə 20, 22 və 27 yaşlı Azərbaycan vətəndaşları müxtəlif yerlərindən güllə yaraları alıb.

Onlara xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıblar. Barın yerləşdiyi ərazidə müşahidə kameraları olmayıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti