Prezidentliyə namizədlər üçün ödənişsiz xidmət göstərəcək KİV-lər

Prezidentliyə namizədlər üçün ödənişsiz xidmət göstərəcək KİV-lər
  09 Avqust 2013    Oxunub:1080
Azərbaycanda prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı və dərci üçün müəyyən edilən KİV-lərin siyahısı açılandı.

2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə prezidentliyə qeydə alnmış namizədlərə kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin məlumatına görə, ödənişsiz vaxt

İctimai Televiziya və Radio Yayımları Şirkəti,

"Azərbaycan";

"Xalq qəzeti";

"Respublika";

"Bakinski raboçi" qəzetlərində olacaq.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Seçkiqabağı təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.


Teqlər:  





Xəbər lenti