Lavrov və Kerri yenə görüşəcəklər

Lavrov və Kerri yenə görüşəcəklər
  20 Sentyabr 2016    Oxunub:1234
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Suriya ilə bağlı növbəti görüş keçiriləcək.
AzVision.az `RİA Novosti` istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

“Dövlət katibi ilə nazir arasında görüş tezliklə baş tutacaq. Dəqiq vaxtı hələ ki, açıqlaya bilmərəm. Görüş yaxın saatlar ərzində, ən uzağı çərşənbə günü keçiriləcək”, deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

Xatırladaq ki, ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti