5 ölkə Xəzərdə hərbi təlimlərə başladı

5 ölkə Xəzərdə hərbi təlimlərə başladı
  20 Sentyabr 2016    Oxunub:2102
Bu gün Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran hərbçilərinin iştirakı ilə Xəzər dənizində beynəlxalq hərbi təlimlər başlayır.
Bu barədə AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən "Kaspi-2016" adlanan təlimlər Xəzərin Həştərxan vilayətinə aid hissəsində keçiriləcək. Təlimlərdə 600-dən çox canlı qüvvə və 100-ə yaxın texnikanın iştirakı planlaşdırılır.

Sentyabrın 22-də Həştərxanda "Risklərin qlobal tendensiyası və beynəlxalq əməkdaşlığın prioritetləri" mövzusunda beynəlxalq konfrans da keçiriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti