İsrail hərbçiləri fələstinli gənci güllələyib

İsrail hərbçiləri fələstinli gənci güllələyib
  20 Sentyabr 2016    Oxunub:858
İordan çayının qərb sahilində İsrail hərbçiləri fələstinli gənci güllələyib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəzarət-keçid məntəqəsində baş verib. İsrail ordusunun nümayəndəsi bildirib ki, Bani-Naim kəndinə keçmək istəyən fələstinli gənc əlində bıçaqla hərbçilərə hücum etmək istəyib.

Buna cavab olaraq hərbçilər atəş açmağa məcbur olublar. Kimliyi bəlli olmayan gənc hadisə yerində keçinib.

Qeyd edək ki, bu, son dörd gün ərzində baş verən 9-cu hadisədir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti