ABŞ-da polis qaradərilini güllələdi - VİDEO

ABŞ-da polis qaradərilini güllələdi - VİDEO
  20 Sentyabr 2016    Oxunub:3332
ABŞ-ın Talsa şəhərində (Oklahoma ştatı) polis əməkdaşı afroamerikalını öldürüb.
Bu barədə AzVision.az “Associated Press”-ə istinadən xəbər verir.

Yayılan video-görüntülərdə şəxsin əlləri yuxarı halda maşından düşərək polis əməkdaşına yaxınlaşdığı görünür. Bundan sonra polis həmin şəxsi elektroşokla vurub, daha sonra ona tabel silahından atəş açıb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, öldürülən Terens Kratçer silahsız olub. Onu güllələyən şəxs artıq işdən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırmalara aparılır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti