İsrail Türkiyəyə səfir təyin edəcək - XİN
İki ölkə arasında sıx dialoqun mövcud olduğunu bildirən XİN sözçüsü enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub: “Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Aramızda sıx dialoq mövcuddur. Digər əməkdaşlığımıza regional təhlükəsizlik daxildir. Biz potensial təhlükəli və qeyri-stabil regionda yaşayırıq. Burada yaşayan bir çox israillilər əslən Azərbaycandandırlar. Bu əlaqələrimizi daha geniş məcrada inkişaf etdirmək üçün əlverişli imkan mövcuddur. Bütün bu cəhətlər bizim əlaqələrimizin dərin köklərinin olmasından xəbər verir. Azərbaycanda minlərlə yəhudinin sülh şəraitində yaşaması əlaqələrimizin əsaslarından biridir. Yəhudi icması Azərbaycanda özlərini hər zaman öz evlərində hiss edib. Azərbaycan digər xalqların nümayəndələrinə hər zaman tolerantlıqla yanaşıb. Hər iki ölkə əlaqələrin daha da inkişaf etdirilməsinin marağındadırlar”.
XİN sözçüsü İsrail-Türkiyə əlaqələrinə də toxunub. O, Türkiyənin bütün region üçün vacibliyindən danışaraq Türkiyə ilə İsrail arasında yaxşı münasibətlərin stabilliyə xidmət edəcəyini vurğulayıb. O qeyd edib ki, Türkiyə Yaxın Şərq və İsrail, hətta Orta Asiya üçün aparıcı ölkədir. Tezliklə qarşılıqlı olaraq səfirlər təyin ediləcək. Türkiyə vasitəsilə biz diplomatik münasibətlərimiz olmayan ölkələrlə də dialoqa girə bilərik.
AzVision.az