Ermənistanda qaz və işıq bahalaşır - 300 milyon borc var

Ermənistanda qaz və işıq bahalaşır - 300 milyon borc var
  20 Sentyabr 2016    Oxunub:3914
Ermənistanın mavi yanacaq borcu artıq 300 milyon dollara çatıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, borclanmanın qarşısını almaq üçün hökumət enerji tariflərinə yenidən baxmağı qərara alıb:

“Qiymət artımı qaçılmazdır. Əks təqdirdə, Ermənistanın elektrik şəbəkəsi tamamilə çökəcək. Qiymətlər artmasa, 2-3 ildən sonra vəziyyət kritik ola bilər”,-deyə məlumatda bildirilib.

Ermənistanın Enerji və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib ki, qazın qiyməti artandan sonra elektrik enerjisində də qiymət artımı olacaq.

Qeyd edək ki, Ermənistanda sonuncu dəfə ötən ilin avqustunda qazın qiyməti qaldırılıb. Bundan sonra ölkəndə etiraz aksiyaları vüsət almışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti