Xanım nazir təyyarədə sərnişinin həyatını xilas etdi

Xanım nazir təyyarədə sərnişinin həyatını xilas etdi
  20 Sentyabr 2016    Oxunub:4527
Sankt-Peterburq şəhərində göyərtəsində Rusiya səhiyyə naziri Veronika Skvorçovanın olduğu təyyarə təcili eniş edib.
AzVision.az “Life”-a istinadən xəbər verir ki, nazirin olduğu təyyarə Moskvadan Nyu-yorka uçurmuş.

Saytın əldə etdiyi məlumata görə, uçuş zamanı təyyarədə olan sərnişinlərdən birinin vəziyyəti pisləşib.

“Nazir Skvorçova dərhal sərnişinə yaxınlaşıb, ona yardım etməyə başlayıb. Müdaxilədən sonra qadının vəziyyəti yaxşılaşıb”, - deyə şahidlərdən biri bildirib.

Nazirin adı açıqlanmayan sərnişinin həyatını xilas etməsi alqışla qarşılanıb.

Qeyd edək ki, Rusiyalı nazir hadisə baş verən gün BMT Baş Assambleyasının antibiotiklərin davamlılığına dair iclasında iştirak etmək üçün ABŞ-a gedirmiş.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti