Nalbandyan və Zanye Qarabağı müzakirə edib

Nalbandyan və Zanye Qarabağı müzakirə edib
  20 Sentyabr 2016    Oxunub:1578
Ermənistan xarici işlər naziri səlahiyyətlərini icra edən Edvard Nalbandyan BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Lamberto Zanye ilə görüşüb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, tərəflər beynəlxalq və regional məsələləri, həmçinin ATƏT-in gündəliyini müzakirə ediblər.

Nalbandyan və Zanye Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumunu müzakirə edib.

Danışıqlar zamanı tərəflər ATƏT-in İrəvan ofisi, onun reallaşdırdığı proqramlar və onların genişləndirilməsi imkanlarından da söz açıblar.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti