Erməni terrorunu pisləyən diaspor rəhbəri polisə çağırılıb
10 mindən çox insanın iştirak etidiyi aksiyada İlhan Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağılasığmaz işgəncələrlə qətlə yeritirib.
İlhan Aşkın təəssüflə qeyd edir ki, bu vəhşilikləri tördənələri cəzalandırmaq yerinə həmin faciəni yaşayanların üsyanını dilə gətirdiyi üçün yerli polis idarəsində ondan ifadə almaq və hətta cəza tətbiq etmək barədə məktubla müraciət edilib. Məktubda bildirilir ki, guya Almelodakı aksiyada irqçi ifadələr işlətdiyinə görə 2014-cü il iyunun 13 və 17-də ondan şikayət daxil olub. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə - `Qarabağ ermənilərin məzarı olacaq` ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. Bunun üçün diaspor rəhbəri vəkili ilə birgə polis ofisinə ifadə verməyə çağırılıb. Məktubda məsuliyyətə cəlbedilmə ehtimalının böyük olduğu da qeyd edilib.
Diaspor rəhbəri onun haqqında yerli polisə burada yaşayan ermənilərin müraciət etidiyini bildirib: “Bu sözlərimə görə hətta cəza alsam belə bunu özümə şərəf sayar, Azərbaycanın haqq səsini ucaltmaqda Vətən qarşısındakı borcumu vermiş bilərəm”.
Aytən Zəhra
AzVision.az