Varşava toplantısında Kəlbəcər girovlarından danışılıb - VİDEO

Varşava toplantısında Kəlbəcər girovlarından danışılıb - VİDEO
  20 Sentyabr 2016    Oxunub:2071
Sentyabrın 20-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işini davam etdirib.

Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

“Beynəlxalq qanunvericilik və onun ATƏT üçün əhəmiyyəti” mövzusunda keçirilən müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov beynəlxalq qanunvericiliyin effektsizliyi barədə danışıb və Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında məlumat verib.

Dilqəm və Şahbazın fotolarını nümayiş etdirən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan hakimiyyətini sərt tənqid edib, ATƏT və digər beynəlxalq qurumların bu məsələyə laqeyd yanaşdığını xüsusi vurğulayıb.




Teqlər:





Xəbər lenti