Lukaşenko Rusiyaya qarşı: `Artıq təngə gəlmişik`
Belarus prezidentinin sözlərinə görə, Rusiyaya tədarükü zamanı Belarusun bəzi mallarına, xüsusən də, Avropa İttifaqının aldığı qida məhsullarına qadağalar tətbiq edilir: “Rusiyada isə onlar nədənsə “keyfiyyətsizdir”. Lakin, aydındır: biz Rusiyaya münasib qiymətlərlə keyfiyyətli mallar tədarük etdikdə, Rusiyanın kənd təsərrüfatı sahəsindəki oliqarxlara ziyan vurmuş oluruq. Onlar hökumətə təzyiq göstərməyə başlayırlar, hökumət isə “Rosselxoznadzor” və digər qurumlardakı məmurlara “fas” əmri verir. Onlar tədarük üçün üç şirkət müəyyən edirlər – sonra beşini bağlayırlar, beşinə icazə verirlər – altısına sonradan qadağa qoyurlar. Açıq-aydın təzyiq göstərilir”, - deyə Lukaşenko qeyd edib.
“Artıq təngə gəlmişik, belə artıq davam edə bilməz. Mənim dediklərim əsla o demək deyil ki, biz inteqrasiya layihələrini “dondurmaq” niyyətindəyik, sadəcə, biz həmin layihələrdə öz iştirakımızı optimallaşdıracağıq. Mən artıq hökumətə və prezident administrasiyasına müvafiq tapşırıqlar vermişəm. Biz hazırda Avrasiya İqtisadi Birlikdə (AİB) öz iştirakımızı diqqətlə təhlil edirik. Əgər belə davam edəcəksə, biz niyə orada çoxlu sayda məmur saxlamalıyıq? Orada - AİB hökuməti adlandırılan qurumda, səhv etmirəmsə, artıq minədək məmurumuz toplaşıb. Nəticəsi nədir? Peşəkar mütəxəssislərimizin Moskvada maliyyələşdirilməsinə nə lüzum var? Biz oraya ən yaxşı mütəxəssislərimizi göndərmişik. Biz onlar üçün burada da iş taparıq. Orada hansısa qərarlar veriləcək, biz isə onlarla razılaşacağıq, amma, əslində, onların demək olar ki, heç biri yoxdur. Nə barədə razılıq əldə olunubsa, hamısı pozulur”, - deyə Lukaşenko bildirib.
AzVision.az
Teqlər: