Ermənistanın `İsgəndər-M` yalanı ifşa oldu - FOTOLAR

Ermənistanın `İsgəndər-M` yalanı ifşa oldu - FOTOLAR
  21 Sentyabr 2016    Oxunub:15567
Bu gün Ermənistanın müstəqillik günü ilə bağlı İrəvanda hərbi parad keçirilib

Hərbi paradda ermənilərin öyünərək haqqında bəhs etdikləri “İsgəndər-M” taktiki-operativ raket kompleksi də nümayiş olunub. Lakin onun üzərində rus hərbçisinin olması diqqətdən yayınmayıb.

AzVision.az-ın araşdırması zamanı həmin rus əsgərin kimliyi məlum olub.

Hərbçinin adı Oleq Kruqlov Vladimeroviçdir. Sibirin ən böyük şəhərlərindən biri olan İrkutskda anadan olub. Hazırda Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazada xidmət edir.

Bu, bir daha onu göstərir ki, “İsgəndər” taktiki-operativ raket kompleksi Ermənistana məxus deyil. Bundan əlavə paradda nümayiş olunan hərbi texnikaların Rusiyaya məxsus olduğu heç kimə sirr deyil. İrəvanda təqdim olunan “İsgəndər-M” raketləri Rusiyanın razılığı ilə parada çıxarılıb.











İlkin Nəcəfzadə
Şahin Qocayev

AzVision.az


Teqlər:  





Xəbər lenti