Türkiyədə İsrail səfirliyinə hücum olub - Yenilənib

Türkiyədə İsrail səfirliyinə hücum olub - Yenilənib
  21 Sentyabr 2016    Oxunub:1968
İsrailin Türkiyədəki səfirliyinin binasına silahlı hücum olub.
AzVision.az `Haberturk`-ə istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Osman Nuri Çalışkan İsrailin Ankaradakı səfirliyinin binasına daxil olmağa cəhd göstərib. Belə ki, əlində çanta və bıçaqla təkbir gətirən Nuri Çalışkan səfirliyə hücum edib.

Ancaq səfirliyin mühafizə xidmətinin əməkdaşları həmin şəxsi ayağından güllə ilə vuraraq zərərsizləşdiriblər. İlk ifadəsində Osman Nuri Çalışkan: `Bunu Yaxın Şərqdə qanı durdurmaq üçün etdim`-deyib.

Çalışkana aid olduğu deyilən çanta isə bomba mütəxəssisləri tərəfindən araşdırılır.

**

Türkiyənin paytaxtı Ankarada iki naməlum şəxs İsrail səfirliyinin binasına girməyə cəhd göstərib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis həmin şəxslərə atəş açıb. Onlardan biri ölüb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Səfirliyin işçiləri binanın altındakı sığınacağa yerləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti