İŞİD Əsədin təyyarəsini vurdu

İŞİD Əsədin təyyarəsini vurdu
  21 Sentyabr 2016    Oxunub:1779
Suriyaya məxsus Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarəsi Dəməşqin şərqində İŞİD tərəfindən vurulub.
AzVision.az “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, təyyarə vurulduqdan sonra Əl-Kalamun rayonunda yerə çırpılıb.

Telekanalın məlumatına görə, İŞİD yaraqlıları hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Təyyarənin pilotları barədə hələlik bir xəbər yoxdur. KİV təyyarənin texniki səbəblərə görə qəzaya düşməsi variantını istisna etmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti