Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib

Nalbandyan həmsədrlərlə Qarabağı müzakirə edib
  21 Sentyabr 2016    Oxunub:1456
Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Edvard Nalbandyan Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə münaqişənin sülh yolu ilə həlli məqsədilə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti