ABŞ-da iğtişaşlar: 2 qaradərili öldürülüb - Video

ABŞ-da iğtişaşlar: 2 qaradərili öldürülüb - Video
  22 Sentyabr 2016    Oxunub:5079
ABŞ-da polis daha bir qaradərilini öldürüb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-ın Şarlott şəhərində baş verib.

Polislə etirazçılar arasında baş verən qarşıdurma zamanı xəsarət alan 43-yaşlı qaradərili şəxs bir müddət sonra xəstəxanada keçinib.

Onu öldürən polis əməkdaşının qaradərili olduğu məlum olub. Hadisədən sonra Şarlott şəhərində iğtişaşlar başlayıb, şəhərdə fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, sentyabrın 19-da ABŞ-ın Oklahoma ştatında polis əməkdaşı qaradərili Terens Kratçeri güllələyərək öldürüb.



AzVision.az


Teqlər:  





Xəbər lenti