Səhiyyə Nazirliyi xəstə qızın ittihamlarına cavab verdi

Səhiyyə Nazirliyi xəstə qızın ittihamlarına cavab verdi
  22 Sentyabr 2016    Oxunub:3031
“Səhiyyə Nazirliyinin qarşısında etiraz edən gənc qız qara ciyər serrozudur və nazirlik olaraq biz onu dəfələrlə dövlət tibb müəssisələrinə yerləşdirmişik”.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, həmin xanım dövlət tibb müəssisələrində deyil, özəl xəstəxanalarda və xaricdə müalicə almaq istəyir. “O xanımın səhhəti ilə bağlı problemlər var və dəfələrlə nazirlik onu dövlət tibb müəssisələrinə yerləşdirib. Yenidən dünən gəldi və nazirliyin inspektoru onun xəstəliyinin profili üzrə bir neçə xəstəxana təklif etdi. Xanıma bildirildi ki, daim nəzarətdə saxlanılacaq. Lakin o ancaq özələ və ya xaricə getmək istədiyini bildirir. Bu isə bizim səlahiyyətimizə daxil deyil”, deyə S.Əhmədova vurğualyıb.

Qeyd edək ki, Nahidə adlı 26 yaşlı Lənkəran sakini qara ciyər serrozundan əziyyət çəkdiyini deyərək Səhiyyə Nazirliyinin qarşısında etirazını bildirib. Xəstə qız ona qarşı laqeyd münasibət göstərildiyini iddia edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti